Bu gün energetika naziri Pərviz Şahbazov Ağcabədidə vətəndaşları qəbul edib.
Newscenter.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qurumun aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, elektrik verilişi xətlərinin yenilənməsi, təbii qaz təchizatı, sayğaclaşdırma, işlə təminat, həmçinin digər məzmunlu müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda Ağcabədi rayonu ilə yanaşı, Bakı və Gəncə şəhərləri, İmişli, Göygöl, Zərdab, Ucar və Sabirabad rayonlarından olan 20 vətəndaş iştirak edib.
Süleyman