"Ermənistandan fəfrqli olaraq Gürcüstanda Qərb hakimiyyət çevrilişi etməyə daha maraqlıdır. Çünki Gürcüstan hökumətinin xarici agentlərlə bağlı qəbul etdiyi son qərar birbaşa Qərbin maraqlarına zərbə vurmaqdır. Ona görə də Qərb Gürcüstanda hakimiyyət çevrilişi etməyi qarşıya başlıca məqsəd kimi qoyub".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, artıq Gürcüstanda inqilabi situasiya yetişib:
"Avropanın ayrı-ayrı siyasi təsisatları, rəsmiləri açıq-aşkar Gürcüstanın daxili işlərinə müdaxilə edirlər. Hesab edirəm ki, bu müdaxilələr aradan qaldırılmasa, Gürcüstanda növbəti inqilab baş verəcək".
Anar Əliyev