Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistanda daşqınlar ölümə səbəb oldu

Hindistanda daşqınlar ölümə səbəb oldu


Hindistanda hökm sürən leysan yağışlar və sel daşqınları insan tələfatına yol açıb.

Newscenter.az “India Today”-ə istinadən bildirir ki, daşqınlar nəticəsində 3 nəfər ölüb. Təbii fəlakətin daha çox Hindistanın Manipur əyalətinə ciddi ziyan vurduğu bildirilir.

Bundan başqa sel nəticəsində yüzlərlə evi su basıb, minlərlə insanın təbii fəlakətdən zərər çəkib. Səlahiyyətlilər, bölgədəki insanların təhlükəsiz yerlərə təxliyyəyə başladığını açıqlayıb.

Təbii fəlakətin aradan qaldırılması məqsədilə xilasedicilərin böyük bir qismi Manpura gətirilib. Daşqın ərazilərində axtarış tədbirləri həyata keçirilir.

Fuad Hüseynzadə
Xəbəri paylaş