Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstanın baş naziri üçün “cəza”

Macarıstanın baş naziri üçün “cəza”


Avropada Ukraynaya yardım məsələsində fikir ayrılıqları yaranmaqdadır.

Newscenter.az TASS-a istinadən bildirir ki, xüsusilə, Macarıstanın nümayiş etdirdiyi mövqe Avropa İttifaqında narazılıq yaradıb.

Məlumata görə, Avropa İttifaqına üzv olan bəzi dövlətlərin liderləri Macarıstanın baş naziri Viktor Orbanı Ukrayna ilə bağlı tutduğu mövqeyə görə Avropa Komissiyasının (AK) gələcək tərkibində macarlara daha az nüfuzlu mövqelər verməklə “cəzalandırmağa” hazırlaşırlar. Macarıstanın AK-də təmsilçiliyinin azaldılmasını müdafiə edən avropalı siyasətçilərin sırasına onun hazırkı rəhbəri, Orban tərəfindən dəfələrlə tənqid edilən Ursula fon der Leyen də daxildir.

“The Washington Post” isə Avropa, Ukrayna və Amerika siyasətçilərinə istinadən yazır ki, Kiyev və onun Qərb müttəfiqləri arasında Rusiya ordusunun uğurları fonunda Ukraynanın müdafiəsi ilə bağlı ciddi fikir ayrılıqları müşahidə olunur.

Anar Əliyev
Xəbəri paylaş