Meksikada həddindən artıq istilər ölüm hallarının artasına səbəb olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkədə "Uluyan meymun" ölümləri artmağa başlayıb.
Meksikanın Ətraf Mühit Nazirliyi bildirib ki, “ulayan meymun” ölümləri ölkənin bir çox ştatlarına yayılıb.
Açıqlamaya görə, ölkənin Çiapas və Tabasko əyalətlərində görülən ölüm halları Campeche və Veracruz əyalətlərində də müşahidə edilməyə başlayıb.
Testlər göstərib ki, meymunlar istidən ölüblər. Bildirilib ki, hazırda ölkədə hökm sürən quraqlıq, meymunların məskunlaşdığı rayonlarda su ehtiyatlarının olmaması da ölümlərdə rol oynayıb.
Təkcə keçən həftə 157 ulayan meymunun öldüyü bildirilir.
Anar Əliyev