"Bugünkü söyüş müxalifətinə dəstək olanlar qanunla ən sərt şəkildə cəzalandırılmaldır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib.
Deputat qeyd edib ki, bu gün regionunda vəziyyəti yenidən gərginləşdirməyə cəhd göstərən beynəlxalq təşkilatlar xaricdə fəaliyyət göstərən söyüş müxalifətiin əsas sponsorlarıdır:
"Onlar hələ Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etməsini və dövlətimizin hər gün əldə etdiyi böyük zəfərləri qəbul edə bilmir. Təəssüf ki, onlar cənab prezident İlham Əliyevi, xalqımızı və şəhidlərimizin ruhunu təhqir edənləri maliyyələşdirirlər. Ölkəmizi ləkələməyə çalışan dövlət və beynəlxalq təşkilatlardan əlavə bəzi məmurlar da söyüş müxalifətinə maliyyə yardımı ayırıb. Vəzifəsindən, səlahiyyətlərindən asılı olmayaraq, bu cür məmurlar ifşa edilməli və ən ağır formada cəzalandırılmalıdır. Şəxsi ehtiyacını dövlətindən və ali rəhbərindən üstün tutan istənilən məmur xəyanətkardır".
Deputat vurğulayıb ki, öz məqsədlər üçün söyüş müxalifətindən istifadə edənlər və məlumat ötürənlər ulu öndər Heydər Əliyev irsinə xəyanət edirlər:
"Bu çirkin oyunda iştirak edən məmurların hər biri ən ağır şəkildə cəzalandırmalı, rüsvay edilməlidir ki, başqası da bu cür xəyanətə cəsarət etməsin. Xaricdə oturub söyüş söyənlər və onlara maliyyə ayıranlar bilməlidir ki, hər bir vətəndaşı təhqir etməyini cəzası böyük olur".(sonxeber.az)