Qazaxıstanda sosial ödənişlərin məbləği 18,3% artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstanda 5 növ müavinət dövlət tərəfindən, 2 növ sosial ödəniş isə dövlət sosial sığorta fondundan ödənilir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Yardım Departamentinin direktor müavini Qaliya Jabagina deyib.
Sosial müavinətlər və əlillik və ya ailə başçısını itirmə ilə bağlı ödənişlər Qazaxıstan Respublikasının Konstitusiyasına uyğun olaraq sosial təminat kimi verilir. Bu ilin planına əsasən, sosial ödənişlər ailələrin 4,4 faizinə verilməlidir. Bunun üçün dövlət büdcəsindən 2 trilyon 285 milyard təngə vəsait ayrılıb. Bu vəsait ötən illə müqayisədə 18,3% çoxdur.
Bildirilib ki, bu ilin 4 ayında 3 milyondan çox ailə sosial müavinət və ödənişlər alıb.
Nərgiz Əzizova