Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi ədalətin bərpası

Tarixi ədalətin bərpası


“Nəhayət ki, çoxdan gözlənilən gün yetişdi. 32 ildən sonra Xocalıya ilk qayıdış baş tutdu. Bu bir tərəfdən xocalıların öz doğma yurd-yuvalarına qayıtması idisə, digər tərəfdən tarixi ədalətin bərpası idi”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, bu tarixi gündə, tarixi hadisədə Cənab Prezident və Birinci Vitse-prezidentin də iştirakı xüsusi əhəmiyyət kəsb edirdi:

“Xocalı sakinlərinə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Cənab Prezidentin geniş və məzmunlu çıxışı regionda yenidən gərginlik yaratmaq istəyənlərə, eyni zamanda Ermənistan rəhbərliyinə bir ismarıc idi. Dövlət başçısı Ermənistan rəhbərliyi vəm ona havadarlıq edib regionda yenidən gərginlik yaratmaq istəyənlərə bildirirdi ki, regionda yaranmış yeni reallıqla barışmaq şərtdir”.

Arzuman Muradlı onu da deyib ki, işğaldan azad olunan hər bir şəhər və qəsəbəmizə, kəndimizə qayıdış bizi Qərbi Azərbaycana daha da yaxınlaşdırır:

“Çox zaman keçmədən Qərbi Azərbaycandan olan soydaşlarımızın da öz yurd-yuvalarına qayıdacağını tam əminlik yaranıb”.

Süleyman
Xəbəri paylaş