Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə səfərbərliyə başladı

Türkiyə səfərbərliyə başladı


Türkiyə su itkilərinin qarşısını almaq və qənaət şüurunu ölkə daxilində yaymaq üçün səfərbərliyə başlayır.

Newscenter.az Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, proses məktəblərdən ticarət mərkəzlərinə, səhiyyə müəssisələrindən turizm müəssisələrinə və terminallara qədər bütün istiqamətləri əhatə edəcək.

2024-2028-ci illəri əhatə edəcək proses bütün sektorlarda su səmərəliliyi texnika və texnologiyalarından istifadəni yaymaqla davamlı su idarəçiliyini təmin etmək məqsədi daşıyır. Bu kontekstdə təmizlənmiş tullantı suları, kənd təsərrüfatı suvarmalarından qaytarılan sular, boz sular, yağış suları və dəniz suyu kimi alternativ resurslardan istifadə vacib olacaqdır.

Fuad Hüseynzadə
Xəbəri paylaş