Tütün məmulatları üçün yeni aksiz vergisi tətbiq edilib.
Belə ki, Avrasiya İqtisadi Komissiyasının Şurası Avrasiya İqtisadi İttifaqı ölkələrində 2029-cu il üçün tütün məmulatları (filtrli siqaretlər) üçün vahid indikativ aksiz rüsumunun dərəcəsini təsdiqləyib,
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadfən bildirir ki, beş ildən sonra aksiz rüsumu hər min siqaret üçün 45 avro məbləğində ödəniləcək.
Müqayisə üçün qeyd edək ki, 2024-cü il üçün məzənnə 1000 vahidə 35 avro təşkil edib.
2029-cu ildə aksiz dərəcəsinin 1000 vahid üçün 35 avrodan 45 avroya yüksəlməsinə səbəb bir sıra Aİ ölkələrində aksiz dərəcələrinin əhəmiyyətli dərəcədə artmasıdır.
Natiq Orucov