Ukraynanın ayrı-ayrı Avropa ölkələri tərəfindən silah-sursatla təmin olunmasında ciddi şəkildə problemlər ortaya çıxır.
Newscenter.az TASS-a istinadən bildirir ki, Mərkəzi Avropanın ən böyük sursat tədarükçülərindən biri olan Çexiya şirkəti Czechoslovak Group (CSG) məhsulun keyfiyyətindəki problemlər səbəbindən mərmilərin təxminən yarısını qrafikə uyğun olaraq Ukraynaya çatdıra bilməyəcəyi barədə xəbərdarlıq edib.
Şirkətin hökumət adından yaydığı açıqlamada bildirilir ki, Asiya və Afrikada aldığı mərmilərin təxminən 50%-i dəyişiklik edilmədən Ukraynaya göndərilə bilməz. Xüsusilə, bəzi döyüş sursatlarında lazımi komponentlər yoxdur. Buna görə şirkət öz istehsalı olan hissələrdən istifadə edərək onları təmir etməyə məcbur olur.
Fuad Hüseynzadə