Türkiyədə xoşagəlməz hadisə yaşanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, zərərvericilərlə mübarizə çərçivəsində aparılan dezinfeksiya tədbirləri 28 nəfərin zəhərlənməsinə səbəb olub. Zərərçəkənlər dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə İstanbulun Ümraniye istiqamətində qeydə alınıb. Belə ki, tikinti sahəsində işçi konteynerlərinin dərmanlanması sözügedən fəsada yol açıb.
Dezinfeksiya prosesindən zəhərlənənlərin 27-si fəhlə, 1-i polis məmuru olub.
Anar Əliyev