Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT ölkələri birgə hərbi təlimlər keçirəcək

KTMT ölkələri birgə hərbi təlimlər keçirəcək


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr birgə hərbi təlimlər keçirəcəklər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, sözügedən məsələ təşkilata üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən plenar iclasında müzakirə edilib.

İclasda KTMT qüvvələrinin birgə təliminin planlaşdırılması, onların müasir silah, hərbi və xüsusi texnika ilə təchiz edilməsi ilə bağlı bir sıra sənədlər qəbul edilib.

Nazirlər səviyyəsində keçirilən görüşdə həmçinin ollektiv təhlükəsizlik zonalarında hərbi təhlükəsizliyə təhdidlərlə bağlı fikir mübadiləsi aparılıb. Birgə tədbirlərin işlənib hazırlanması məqsədilə hərbi-siyasi vəziyyətin monitorinqinin nəticələri və onun inkişaf tendensiyaları barədə mütəmadi məlumat mübadiləsinin davam etdirilməsi qərara alınıb.

Fuad Hüseynzadə
Xəbəri paylaş