Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml Ankara ilə Dəməşqi barışdıra biləcəkmi?

Kreml Ankara ilə Dəməşqi barışdıra biləcəkmi?


Son günlər Moskvanın təşəbbüsü ilə Suriya və Türkiyə arasında danışıqların başlanacağı siqnalları ötürülür. Xüsusilə Berlin səfərindən qayıdarkən açıqlama verən Ərdoğan Şam ilə masaya oturmaqda maraqlı kimi görünür.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini ifadə edən politoloq Pərviz Əliyevin qənaətincə, nəzərə almaq lazımdır ki, Suriya-Türkiyə münasibətlərinin normallaşması Suriyada iqtisadi vəziyyətin daha da pisləşməsinin dayandırılması, bir çox problemlərin, xüsusən Suriya Ərəb Respublikasının şimalında, qaçqınlarla bağlı problemlərin, müxalifətin və yaraqlıların statusunun həlli üçün imkanlar pəncərəsi açacaq. Qısa desəm, bütün bunlar Suriyanın gündən-günə pisləşən, bütün Suriya xalqının həyatına mənfi təsir göstərən vəziyyətdən çıxarılmasına imkan verəcək:

"Xüsusilə Suriya Ərəb Respublikasının şimalında son gərginliklər Suriyalıların ayrıca bir qrupunun Türkiyə ilə münasibətləri həll etmək istəməməsinin nəticəsidir. Çünki bu, onların şəxsi maddi maraqlarına ziddir. Önəmli bir məsələ olan kürd məsələsinin ədalətli həllinə də nail olmaq lazımdır ki, kürdlər vahid Suriya dövləti çərçivəsində öz ərazilərində öz adət-ənənələrinə və mədəniyyətlərinə uyğun dinc yaşaya bilsinlər. Kürdlərin Suriyanın şimal-şərqində terrorçu qruplarla mübarizədə, bu ərazilərin idarə olunmasında və iki milyon yarıma yaxın Suriya vətəndaşının dolanışığında oynadığı müsbət rolu unutmaq olmaz. Rusiya Yaxın Şərq dövlətləri arasında mövqeləri yaxınlaşdırmaq və fikir ayrılıqlarını aradan qaldırmaq üçün ərəblərin istənilən təşəbbüsünü dəstəkləyəcək. Bütün bunlar birbaşa Türkiyənin milli təhlükəsizlik məsələləri ilə bağlıdır".

Politoloq hesab edir ki, Ərdoğanın sabah Vaşinqtonda başlayacaq NATO Sammitindən və bu sammit zamanı prezident Baydenlə görüşündən sonra:

"Əsəd Ərdoğanla görüşməkdə maraqlıdır, lakin AKP hökümətinə etibar etmədiyi üçün prezident Putindən onun bütün şərtlərini yerinə yetirmək üçün möhkəm təminat istəyir. Hadisələr çox sürətlə inkişaf edir lakin, proses necə getsə də, Ərdoğanın işi çətindir. Ərəb ölkələri ilə münasiblətləri sıxlaşdıran Ərdoğanın bir neçə öhdəlikləri var: 1) Türkiyə əsgərləri Suriyanın şimalından çəkiləcək. 2) İdlibdə NUSRA terror təşkilatının varlığına son qoymaq üçün Suriya və Rusiya orduları ilə əməkdaşlıq edəcək. 3) Əsədlə anlaşacaq və Türkiyədəki suriyalı qaçqınların ölkələrinə qayıtması üçün lazım olanı edəcək. Amma cavabı çətin olan fundamental sual budur ki, Ankaranın Dəməşqlə barışmasına qarşı çıxan NUSRA, Suriya Milli Ordusuna bağlı qruplarla birlikdə Türkiyəyə qarşı qiyam qaldırarsa, Ərdoğan nə edəcək...?
2011-ci ildən kollektiv Qərb və Körfəz ölkələri ilə birləşərək Əsədi devirməyə çalışan AKP höküməti nəhayət acı gerçəklik ilə üz-üzə qaldı. Əsəd qaldı və keçmişdəkindən daha qüvvətli şəkildə ayaqdadır. Rusiyanın, İranın dəstəyi və Körfəzin Şamı Ərəb Liqasına yenidən qaytarması Əsəd üçün yeni bir başlanğıc oldu. Ayrıca Çin məsələsini də unutmayaq. Çin Suriyada Rusiya və İran qədər təsir gücünə malik olmasa da, Əsəd administrasiyası Çinlə ikitərəfli əlaqələrə önəm verib və Çinin Suriya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. İkitərəfli danışıqlarda vurğulanan terrorla mübarizədə əməkdaşlıq olaraq xarakterizə edilən Çinin Suriyaya marağının digər səbəbi də Suriyada döyüşdüyü bilinən Çin Uyğur türklərinin özlərinə potensial təhlükə yaratmasıdır. ABŞ gec-tez Suriyadan çıxacaq. Ukrayna bataqlığında ilişib qalan Rusiyanın Suriyada hərbi və siyasi mövcudluğunu saxlamaqdan başqa ölkənin yenidən strukturlaşmasına töhfə verməsi indiki mərhələdə asan görünmür. Belə olan halda Çin ən yaxşı namizəd kimi ortaya çıxır və Yaxın Şərqə daxil olmaq strategiyasını gücləndirir. Əsədin beynəlxalq arenada artan qəbulu Ankaranı Şam ilə normallaşma addımlarını atmağa məcbur edir".

Anar Əliyev
Xəbəri paylaş