Avrasiya İqtisadi İttifaqı ölkələrinin ümumi mübadilə məkanı olacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu, ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş lisenziyalar əsasında brokerlərin və vasitəçilərin işləyə biləcəyi vahid mübadilə əməliyyatları məkanını yaratmağa imkan verəcək.
Sənəd investorlar üçün imkanları əhəmiyyətli dərəcədə genişləndirir, Aİİ fond birjalarında satılan maliyyə alətlərinin likvidliyini və cəlbediciliyini artırır.
Saziş Qiymətli Kağızların qəbulu və onların dövriyyəsi haqqında əvvəllər qəbul edilmiş Sazişlə birlikdə Aİİ çərçivəsində ümumi maliyyə bazarı və mübadilə məkanının yaradılmasına yönəlib.
Mehman Mehdiyev