Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq


Nizami rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun İ. Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 03.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Təmir işləri aparılan müddətdə Nizami rayonu üzrə B.Nuriyev 37, 41 küçələrinin və Q.Qarayev prospekti 93, Nərimanov rayonu üzrə isə İ.Həsənoğlu və Təbriz küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.

Süleyman
Xəbəri paylaş