Paytaxtın Sabunçu rayonundakı məktəb direktorlarından ibarət iki kurasiya üzrə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavinləri Xəyalə Əhmədzadə və Anar Qədiməliyev, Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və məktəb direktorları iştirak ediblər.
BŞTİ-nin müdir müavini X.Əhmədzadə kurasiyaların ümumi fəaliyyəti, tədris prosesinin idarə olunması, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi məsələlərinin tənzimlənməsi, şagird davranış qaydalarına riayət olunması, xüsusi halların tənzimlənməsi, məktəb-icma münasibətləri və digər məsələlərdən danışıb, müvafiq tövsiyələr verib.
İdarənin müdir müavini A.Qədiməliyev payız-qış mövsümünə hazırlıq, məktəblərin təsərrüfat və təchizat məsələləri, səmərəliliyin artırılması haqqında fikirlərini bildirib, müvafiq təkliflərlə çıxış edib.
BŞTİ-nin sektor müdirləri T.Mahmudov və B.Məmmədov elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması və digər müvafiq məsələlər barədə danışıblar.
Sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.
Ruhiyyə Mehdiyeva