Suriya müxalifəti Bəşər Əsəd hakimiyyətini devirmək planını həyata keçirir. Hazırda davam edən hadisələr və gedişat onu deməyə əsas verir ki, Rusiya və İran tezliklə bu əraziləri tərk edəcək.
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O qeyd edib ki, əks halda daha bir müharibə ocağı qızışır, demək olar:
"Eyni vəziyyət Gürcüstanı da ağuşuna alıb. Orada da müxalifət Rusiya yönümlü hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edib və xalq, Qərbə doğru açılan qapıların bağlanmasına etiraz edir".
Anar Əliyev