Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-nin Azərbaycandakı səfiri səhhətinə görə istefa verib

ABŞ-nin Azərbaycandakı səfiri səhhətinə görə istefa verib


ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib.

Newscenter.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

"ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatında dinləmələr zamanı səhhətimlə bağlı dilə gətirdiyim qayğılar təəssüf ki, davam edib. Bakıya gəldiyim vaxtdan etibarən əla tibbi xidmətdən faydalanmışam. Lakin son testin nəticələri tamamilə öz sağlamlığımın qayğısına qalmaq üçün evə qayıtmağın vaxtı çatdığını göstərir. Ona görə də son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam. 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlılığı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm", - diplomat qeyd edib.
Xəbəri paylaş