Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AXP üzvlərinə bələdiyyə seçkilərində sərbəst iştirak icazəsi verildi

AXP üzvlərinə bələdiyyə seçkilərində sərbəst iştirak icazəsi verildi


28 noyabr 2025- ci ildə keçiriləcək bələdiyyə seçkilərində AXP–nin iştirakı partiya üzvlərinin öz mövqelərini sərbəst şəkildə müəyyənləşdirməsi şəklində həyata keçriəcək.

Newscenter.az xəbər verir ki, bu barədə AXP-nin qərarında qeyd edilib. Bildirilib ki, hər bir AXP üzvü bu seçkilərdə seçki məntəqələrinə getmək və ya getməmək, habelə seçkidə namizəd kimi iştirak barədə özü qərar qəbul edir.

Əgər AXP üzvü seçkidə namizədliyini irəli sürərsə və bu zaman partiya üzvlüyünü müvafiq seçki sənədlərində qeyd edərsə bütövlükdə AXP və yerlərdəki strukturları, üzvləri onun seçilməsinə yardım göstərəcəkdir.

AXP yerli strukturları olduqları ərazilərdə seçkilərdə iştirak haqqında və namizədlərin irəli sürülməsi haqqında müzakirələr aparıb namizədlərin müəyyənləşdirilməsi barədə siyasi qərarlar verməkdə sərbəstdirlər.

Süleyman
Xəbəri paylaş