"Biz müharibədən yeni çıxmış ölkəyik və 2025-ci ilin büdcəsini hazırlayanlar da müharibədən çıxmış ölkənin nazirləridir. Ona görə də büdcə müzakirələrini cari məsələlərin müzakirəsinə çevirmək lazım deyil".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili deyib ki, 2025-ci iln büdcəsini hazırlayan nazirlər də hara nə qədər vəsait xərcləndiyini gözəl bilirlər:
"Biz bir müddət məktəbsiz də yaşaya bilərik, susuz da. Əsas odur ki, işğaldan azad edilmiş ərazilərimiz abadlaşdırılsın, qurulsun və gedib adam balası kimi orada yaşayaq".
Süleyman