Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənddə Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar İctimai Birliyi yaradılıb

Daşkənddə Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar İctimai Birliyi yaradılıb


Özbəkistanda yaşayan Qərbi azərbaycanlılar tərəfindən Özbəkistandakı Azərbaycan Səfirliyinin dəstəyi ilə tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən toplantını giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktor müavini açaraq tarixi faktlarla Qərbi Azərbaycanda ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətmiş etnik təmizləmə və deportasiya haqqında, eləcə də XIX-XX əsrdə azərbaycanlıların Qafqazın və Qərbi Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni mühitində oynadıqları mühüm rol barədə məlumat verdi.

Çıxış edən əslən Qərbi azərbaycanlı Vidadi Qurbanov dünyanın müxtəlif ölkələrində yaşayan Qərbi azərbaycanlıların daha səmərəli fəaliyyət göstərmələri üçün vahid bir təşkilatda birləşməsinin vacib olduğunu bildirdi və Özbəkistanda yaşayan soydaşlarımızın da bu məqsəd ilə birləşməsinin vacibliyini qeyd etdi.

Çıxış edən İsmayıl Məmmədov Qərbi azərbaycanlıların dünyanın harasında yaşamaqlarından asılı olmayaraq bir amal – öz ata-baba torpaqlarına qayıtmaq amalı ətrafında sıx birləşmələrinin vacib olduğunu və bununla da Azərbaycan dövlətinin və ələlxüsus da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycan və buradan deportasiya olunmuş azərbaycanlılarla bağlı yürütmüş olduğu siyasətə tam dəstək olacağını vurğuladı.

Daha sonra çıxış edən Dürrə Əmirquliyeva uzun illər boyu erməni terroru nəticəsində öz doğma torpaqlarından uzaq düşmüş Qərbi azərbaycanlıların bu gün öz yurdlarına qayıtmağın vaxtının gəlib çatdığını və buna inandıqlarını bildirdi. Soydaşlarımızın hüquqlarının bərpası istiqamətdə addımların atılmasının vacibliyi vurğulanmışdır.

Çıxış edin Özbəkistanda müxbir fəaliyyəti ilə məşğul olan əslən Qərbi Azərbaycanlı Qulu Kəngərli sözügedən təşəbbüsü dəstəkləyib. Q.Kəngərli hazırkı Ermənistan ərazisində olan toponim və tarixi abidələrdən söz açaraq, onların hamısının Türk mənşəli olduğunu qeyd edib. Qeyd olunan mövzu ətrafında danışan Q.Kəngərli Qərbi Azərbaycana qayıdışı konsepsiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu da qeyd etdi.

Çıxış edən əslən Qərbi Azərbaycandan olan İlham Abdullayev Qərbi Azərbaycan xalqının hüquqlarının bərpası və onların öz ata-baba torpaqlarına qayıtmalı üçün Azərbaycan dövləti və onun rəhbəri cənab İlham Əliyevin apardığı siyasətə dəstək olaraq – Özbəkistanda yaşayan Qərbi azərbaycanlıların vahid cəmiyyət ətrafında birləşməsinin vacib olduğunu bildirdi. Bu günki toplantının əsas məqsədinin “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyini yaratmaq və bu birliyin gələcək fəaliyyətini müəyyən etməkdir.

Daha sonra çıxış edən Qərbi Azərbaycanından olan Qalib Müslümov ziyalı uzun illər boyu vətəndən uzaqda yaşayan soydaşlarının vahid bir təşkilatda birləşməsinin onların əlaqələndirilməsi, məlumatlandırılması və birgə mütəşəkkil hərəkət etmək, qərar qəbul etmək baxımından çox vacib olduğunu bildirdi.

Çıxış edənlər gənc soydaşımız olan Emin Quliyev, Qərbi Azərbaycanlı Ədalət Qocamanov və başqaları Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtma və onların pozulmuş hüquqlarının bərpası istiqaməti üzrə Azərbaycan dövlətinin, prezident cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu, inamlı siyasətdən, söz açıblar, sözügedən ictimai cəmiyyətin yaradılmasının bu işə böyük faydasının olacağını vurğulayıblar.

Çıxışlardan sonra konfransın sədri yaradılacaq ictimai birliyin rəhbər təmsilçisini və onun müavini vəzifəsinə seçiləcək namizədlərin irəli sürülməsinə dair müraciət etdi.
Bununla əlaqədar çıxış edən İsmayıl Məmmədovun təklifi əsasında, toplantı iştirakçıları yeni yaradılacaq “Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin rəhbəri vəzifəsinə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən olan İlham Yusif oğlu Abdullayevin, müavin vəzifəsinə isə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Daşkənd kəndindən olan Qocamanov Ədalət oğlunun namizədliyini dəstəkləmişlər.

Məlumat üçün bildirildi ki, Abdullayev İlham Yusif oğlu 1959-cu ilin 15 aprel tarixində Qərbi Azərbaycanın (İndiki Ermənistan Respublikası) Basarkeçər rayonunun (indiki Vardanez) Bala Məzrə kəndində anadan olub. Azərbaycan incəsənətinin və mədəniyyətinin təbliği sahəsində xidmətləri olan İ.Abdullayev professional musiqi fəaliyyəti dövründə müxtəlif dövrlərdə Özbəkistanın tanınmış musiqi xadimləri xalq artistləri ilə yaradıcılıq əməkdaşlığı edib. İ.Abdullayev Azərbaycan Aşıqlar Birliyinin Orta Asiya dövlətləri üzrə koordinatoru kimi də fəaliyyət göstərir.

İ.Abdullayev İncəsənət sahəsində göstərmiş olduğu xidmətlərinə görə Özbəkistan dövləti tərəfndən 2021-ci ildə Özbəkistan Respublikası Prezidentinin Fərmanı ilə Özbəkistanın Müstəqilliyinin 30 illiyinə həsr edilmiş medalla, “Xalqlar Dostluğu” medalı və iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsindəki xidmətlərinə görə isə Özbəkistan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.

Konfransda yekun nitqi ilə çıxış edən iclasın sədri Vidadi Qurbanov konfransın təşkilində göstərmiş olduqları dəstəyə görə Azərbaycan respublikasının Özbəkistandakı səfirliyinə konfrans iştirakçılarına, məruzə və çıxışçılara öz təşəkkürünü bildirib.

Nəticə etibarilə konfrans iştirakçıları Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar İctimai Birliyinin təsis iclasının yekunu olaraq müvafiq təşkilatlara ünvanlanmaq üçün sənədlərin hazırlanmasına dair razılığa gəlmişlər.

Süleyman
Xəbəri paylaş