Ermənistan sürətli şəkildə silahlanmağa üstünlük verir. İrəvan Fransa, Hindistan, İranın ardınca indi də okeanın o tayından silah almağı düşünür. Hər halda bu ölkənin müdafiə naziri Suren Papikyanın Birləşmiş Ştatlara səfəri belə deməyə əsas verir.
Newscenter.az-ın xəbərinə görə, "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı isə İrəvanın cəhdlərini əbəs hesab edir. Onun sözlərinə görə, Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusu qarşısında gücsüzdür:
"Birincisi, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunu darmadağın edib, bu ölkənin hərbi potensialını sıfıra endirib. İkincisi, Ermənistanla paralel olaraq Azərbaycan da öz növbəsində hərbi sahəyə diqqətini ayrırır, arsenalını gücləndirir. 2025-ci ilin dövlət büdcəsində də hərbi sahəyə ayrılan vəsait kifayət qədərdir. Elə Cənab Prezident İlham Əliyev də çıxışlarında daima vurğulayıb ki, müharibə başa çatsa da, lakin biz yenə də öz hərbi gücümüzü artırmalıyıq. Çünki regionda marağı olan qüvvələr Ermənistanl silahlandırmaqla onu yenidən müharibəyə təhrik etmək istəyirlər".
Ermənistan müdafiə nazirinin Birləşmiş Ştatlara səfərinə gəlincə isə, İctimai Birlik sədri hesab edir ki, İrəvan Vaşinqtondan indiki halda silah-sursat ala bilməz:
"Çünki Ermənistan Rusiyanın nəzarəti altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Vaşinqton isə Ermənistanın KTMT üzvü olduğu halda ona silah-sursat verməz".
Süleyman