Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qarabağda döyüşən terrorçuları maliyələşdirən bank və təşkilatlar"

"Qarabağda döyüşən terrorçuları maliyələşdirən bank və təşkilatlar"


Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan dövləti və onun havadarlarının törətdiyi qeyri-insani əməlləri sübut olunmuş faktlar və sənədlərlə oxuculara çatdırmaqda davam edir. Bu dəfəki araşdırma Azərbaycan ərazilərinin işğal olunmasında böyük rolu olan terror təşkilatları və onları maliyələşdirən təşkilatlar haqqındadır.

Araşdırmalara görə Qarabağda fəaliyyət göstərən terrorçu Erməni təşkilatının bank hesablarından biri Qafqaz İnvestisiya Bankı nəzdində açılır və bu bank da yanacaq və energetika sahəsində iş gördüyündən Qafqaz ölkələrinin Avropa və Yaxın şərqlə ticarət əlaqələrini qurur.

Nəticədə 1992-ci il mayın 14-də erməni Harri Maqat Ambarsumyan Qafqaz İnvestisiya Bankı»nın xətti ilə (bankın rəhbəri milliyyətcə Livan ermənisi milyonçu Adnan Haşoqiqir) Bakıda olur, Gəncə və Naxçıvana qısa səfərlər edir. H.M.Ambarsumyan Bakıda olarkən ölkə parlamentində, Prezident Aparatında rəsmi şəxslərlə görüşür. Məqsəd strateji baxımdan diqqətdə olan, müharibə günlərini yaşayan Azərbaycanın əsas iqtisadi-strateji mərkəzlərini, infrastrukturlarını, bank sistemini öyrənmək idi. Digər tərəfdən, Harri Marat Ambarsumyan öz təşkilatlarına məxsus bank hesabını bankdan-banka keçirərək Bakıda saxlamağa cəhd edirdi. Bu bank hesabı Azərbaycan çevrəsində iş görmək üçün ona hökmən lazım idi.

Qafqaz İnvestisiya Bankının 1996-cı il üçün illik hesabatında belə bir açıqlama verilir ki, bank öz hesabından Yerevanda, Bakıda və Tbilisidə işlərini demokratik ruhda qurmağa səy edən bir neçə mətbu orqana, cəmiyyət və təşkilata əvəzsiz yardımlar edib. 1996-cı il avqustun 12-də Beyrutda nəşr olunan «Qafqaz investisiya Bankı: — daxili məsələlər üçün illik hesabatı»nın 14-cü səhifəsində deyilir: «Qafqazda investisiyalar qoyduq. Bank bununla öz işini tamamlamır. Biz regionlarda strateji əlaqələrin qurulması naminə dayaqlarımızı da yaratdıq».

Araşdırmalarımıza görə,1992-ci il yanvarın 14-dən etibarən bankın Gorusda və Qafanda da ofisləri və bu ofislərdə Mərkəzləşdirilmiş Erməni İcmaları İttifaqının Gorusda OĠ: BO11421-BANK.AR, Qafanda isə OI:B244001-BANK.AR nömrəli hesabları açılır. Nəticədə xarici ölkələrdən terrorçu qardaşlarına yardım üçün Dağlıq Qarabağa təşrif gətirən erməni təşkilatları, ilk növbədə, Gorusda və Qafanda açılmış banklarda qeydiyyatdan keçməli oldular.Gorus bankında nəzarətçi işləyən yerli erməni Halonis Arakelyanın fikrincə, bu bank çox mətləblərdə yardımçı olurdu. Orada rus və İran iş adamları da görünürdülər. Bu üzvlər bilavasitə Mərkəzləşdirilmiş Erməni İcmalarının İttifaqında qeydə alınan təşkilatlardan idilər. Beləliklə, məlumata görə, 1992-ci il martın 28-də əsasən Laçında qərar tutan və məxfi özəklərini yaratmağa səy edən təşkilatlar, o cümlədən:

— «Müqəddəs erməni vətən birliyi» Təşkilatı (Sudan. 3 dekabr 1989)
— «Katolikos» Təşkilatı (Misir. 26 iyun 1989)
— «Dağlıq Qarabağa yardım Mərkəzi» (Livan. 2 avqust 1990)
— «Ararat + Araz» Təşkilatı (İordaniya. 26 fevral 1990)
— «Böyük erməni ideyası» Təşkilatı (Suriya. 21 aprel 1989) bu ittifaqda fəaliyyətlərini rəsmiləşdirdilər.

Araşdırmalarımıza görə, «Müqəddəs erməni vətən birliyi» Təşkilatı 1989-cu il dekabrın 3-də iş adamı, erməni mühaciri Emin Aydınyanın təşəbbüsü ilə Xartumda yaranıb. Təşkilat Azərbaycanda yaşayan ermənilər arasında 1989-90-cı illərdə sadəcə «Birlik» adı ilə fəaliyyət göstərib. Bakının Nəsimi və Sahil (o vaxtkı «26-lar» rayonu) rayonlarında özəkləri olub. ixtisasca inşaat mühəndisi olan Emin Urabekoviç Aydınyanın başçılıq etdiyi təşkilat 1991-ci il noyabrın 4-də özünün radikal qanadını yaradır və nizamnaməsində dəyişikliklər edir. 1991-ci il noyabrın 20-də 12 nəfərlik könüllü dəstə ilə E.U. Aydınyan Xartumdan 0121 reysilə Beyruta gedir, noyabrın 23-də Beyrut-Yerevan reysilə Ermənistana uçur.

Noyabrın 26-da Yerevanda ölkənin xarici işlər naziri Raffi Ovanesyanla və daxili işlər naziri, general Vanik Siradeqyanla görüşür. Dəstənin rəsmi sənədləri və xarici vətəndaşlığı göstərən və ya təsdiq edən pasportlar XİN-in konsulluq şöbəsinə verilir. Noyabrın 28-də dəstə Ermənistan DİN-nin Daxili Qoşunlarına qəbul olunur. Noyabrın 29-da isə E.U. Aydınyan Beyruta qayıdır. Könüllü mühacir dəstəsinə Ermənistan Daxili Qoşunlarının əməkdaşı, polkovnik Mark Ovsepyan başçılıq edir.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi
Xəbəri paylaş