Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TDT -nin daha güclü müstəviyə çevrilməsi müzakirə edilib

TDT -nin daha güclü müstəviyə çevrilməsi müzakirə edilib


Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev Qazaxıstanın Azərbaycandakı səfiri Bayel Alim Daurenuli ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə ölkələrimiz, bölgə və dünyada baş verən mühüm məsələlər haqda maraqlı fikir mübadiləsi aparılıb.

Türk Dövlətlər Təşkilatının yaranma səbəbləri, perspektivləri, TDT-nin daha güclü müstəviyə çevrilməsi, Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı durumu, ölkələrimizin cəmiyyətə daha dolğun şəkildə tanıdılması yolları haqda da müzakirə aparılıb

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da yaxşılaşdırılmasında xüsusi xidmətlərinə gprə cənab Bayel Alim Daurenuliyə MDH məclisi tərəfindən təsis olunmuş etimadnamə təqdim olunub.

Süleyman
Xəbəri paylaş