Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran çıxılmaz vəziyyətdə

Tehran çıxılmaz vəziyyətdə



"Suriya lideri Bəşər Əsədin “kömək” çağırışından sonra İranın XİN naziri Arakçi Dəməşqə gedib. Arakçının növbəti dayanacağı isə Ankara oldu. İran dərhal İraqdakı şiə milislərini Suriyaya göndərmək üçün hərəkətə keçdi, lakin İraqın baş naziri Sudani İraq-Suriya sərhədini keçidləri bağlamaq üçün qəfil əmr verdi. Hazırda çıxılmaz vəziyyətdə olan Tehran sərhədlərin bağlanmasına qarşı görünməsə də, İraqın bu addımına görə gələcəkdə Sudanidən öz “intiqamını” alacağını gözləmək yanlış olmaz".

Newscenter.az xəbər verir ki, bunları politoloq Pərviz Əliyev deyib. O qeyd edib ki, Əsəd yenidən qəbul olunduğu Ərəb Liqasının zəngin üzvləri olan Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə də əlaqə saxlayıb:

"Ərəblər açıqlamalarında Əsədi “dəstəklədiklərini” desələr də, hələlik heç kim kömək üçün konkret addım atmayıb. Ankarada bayram ab-havasının nə qədər davam edəcəyi məlum deyil. Çünki, Moskva yavaş-yavaş Əsədin tərəfini tutmağa başlayır. Rusiya təyyarələri Dəməşq rəhbərliyinin gözlədiyi intensivliklə olmasa da, İdlibi bombalamağa başlayıb. 2020-ci ildə bölgədə oxşar hərəkatda Rusiyanın hücumları nəticəsində Suriyanın şimalında 35 türk əsgərinin şəhid olması hələ də xatırlanır. Üstəlik, Rusiyanın İdlibə hava hücumlarının intensivləşməsi Türkiyə sərhədinə yeni köç dalğası yarada bilər".


Anar Əliyev
Xəbəri paylaş