Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev Səudiyyə Ərəbistanına səfər edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, səfərdə məqsəd bu ölkədə keçiriləcək “Bir Su” sammitində iştirak etməkdir.
Qeyd edək ki, sammit Qazaxıstan və Fransanın sədrliyi, Səudiyyə Ərəbistanı və Dünya Bankı Qrupunun dəstəyi ilə keçiriləcək.
Tokayevin Ər-Riyadda bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulub.
Mehman Mehdiyev