ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanı Amerikanın bir ştatına çevirəcəyini deyib.
Newscenter.az-ın Fox News-a istinadən verdiyi xəbərə görə, Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşü zamanı Ottavanın qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll edə bilməyəcəyi təqdirdə ölkənin ABŞ-ın 51-ci ştatı ola biləcəyi ilə hədələyib.
Trudeau, öz növbəsində, Amerika administrasiyasının gələcək rəhbərinə bu cür tədbirlərin Kanada iqtisadiyyatını öldürəcəyinə işarə edib.
ABŞ-ın yeni seçilmiş prezidenti isə əlavə edib ki, Trüdo Amerikanın 51-ci ştatının qubernatoru ola bilər.
Anar Əliyev