İllər əvvəl böyük siyasi maraqların məcburiyyətindən münaqişə ocağına çevrilən, daha sonra passiv frazaya keçən ocaqların yenidən alovlanması prosesi başlayıb. Artıq biz bu mübarizə sistemlərini Suriyada, eyni zamanda Gürcüstanda fərqli formada olsada görürük. Bu aktivliyə müdaxilə edən dövlətlərin artıq dünyada, yeni formada, yeni münaqişlərin kimlərə və hansı ölkələrə sıçramasının şahidi oluruq. Ümumilikdə yeni planlar sistemində bəzi ölkələr yumşaq siyasi şoklar yaşamağa məcburdur. Dediyim kimi, illər əvvəl başladılan geostrategiyanın sonlandırılması əməliyyatına artıq başlanılmışdır. Bizim üçün önəmli olan bu prosesi dəqiq və doğru dəyərləndirməkdir.
Doğrusu, bəzi siyasi avanturuzimlə məşğul olan siyasilər öz indifferent xarakterinə və şəxsi emosiyalarına uyğun danışaraq, özlərini 2011-ci illərdəki kimi hiss edirlər, amma yenə yanılırlar. Bu yanılmaların sayəsində onların baharını don vurub. Ölkəni idarə edən hal-hazırkı siyasi rəhbərliyi, konkret olaraq Prezident İlham Əliyev regionun coğrafiyasını zamanında dəqiq analiz edərək, xarici siyasəti ona uyğun reallaşdırmaqla, ölkənin geosiyasi və starteji maraqlarını təmin etmək üçün dünyada yeni reallıqlara uyğun yaratdığımız reallıqlara adaptasiya edilib. Açıq etiraf etmək lazımdır ki, derjavaların qlobal münasibətlər sistemində yaratmaq istədikləri yeni düzən dəqiq və diplomatik dəyərləndirilib və siyasi süzgəcdən keçirilib.
Bunlar bizim ölkəmizin uğurudur. Hamıya bəllidir ki , beynəlxalq münasibətlər tarixinin böyük hissəsi üçün siyasi münaqişələrin fokusu ərazilər üzərində nəzarət olunur. Bizim ərazilərimizdə işğalda olanda hadisənin özü üçün bizim üçün milli itki konsepsiyasına çevrilmişdi. Yürüdülən siyasət nəticəsində bu milli itki konsepsiyasını, milli ideologiya konsepsiyasi ilə əvəz edib, öz şanlı ordumuzla dünyaya yeni modeldə, zəfər konsepsiyasi hədiyyə etdik. Bu addımımızla bəşəriyyəti sivilləşdirmə misssiyasına töhvə verildi. Hal-hazırda dünya genişmiqyaslı istəklərlə üz-üzədir. Burada həm torpaqlara, həm də insanlara nəzarət strategiyası əsas götürülüb, özüdə çoxşaxəli. Həm yer kürəsinin ürəyinə sahib olmaq, həm də dünya adasına sahib olmaq və eyni zamanda bütün bunlara nail olub dünyaya sahib olmaq istəklərinin işarətləri artıq görsənir.
Dəyərli soydaşlar, yuxarıda qeyd etdiyim, ölkəmizin yürütdüyü milli ideologiya konsepsiyasını dövlətimizin və millətimizin gələcəyi üçün müdafiyə edib, o siyasi xətti, indiyə qədər götərdiyimiz etimadi dahada gücləndirmləyik.
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri