Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi 2019 -cu ildən bu günə kimi Əlilliyi olan şəxslərin müraciətlərinə baxılmasında və onların xidmətlərə çıxışının əlçatanlığını təmin etmək üçün fəaliyyətlər təşkil edir.
Eyni zamanda hər il dekabr ayının 3 -də “Beynəlxalq Əlillər ‘’günü münasibəti ilə həyata keçirdiyi tədbirə xüsusi qayğıya ehtiyacı olan uşaqları dəvət edir, onlara sevincli gün yaşamağa şərait yaradır. Onların az da olsa sevinməyinə nail olur. Biləsuvarda ƏƏSMN-nın günərzi qayğı və reabilitasiya mərkəzlərinin açılması zərurəti vardır. Bu zərurətdən çıxış edərək təşkilat təqaüddə olan pedaqoqların pedoqoji biliklərini əsas götürərək icma reabilitasiyasını təşkilini təmin etmək üçün SAFAZ MMC-ni təsis etdi. Bu seqment insanının az təqaüdlə özəl reabilitasiya mərkəzlərinə uzun yol qət edib şəhərlərə gedmək üçün nə maddi imkanları, nə də əlilliyi olan uşağın nəqliyyatını təşkil etmək imkanları yoxdur.
Təşkil etdiyimiz xidmətlər sosial sahibkarlıq məqsədi daşıyır əldə olunan gəlir yeni mütəxəssislərin dəvət olunması üçün istifadə edilir. Xüsusi qayğıya ehtiyacı olan həssas təbəqə özünü cəmiyyətin bir fərdi hiss edərsə daxili potensialını üzə çıxara və öz maddi durumunu təmin etməyədə nail ola bilər. Çalışırıq ki, bu hədəf kütləsini yalnız qoymadan onların bizim resurslardan istifadə etməsinə imkanlar yaradaq. Gözün görməməsi problem deyil, biz onu görə bilmiriksə problem odur.