Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai şuraların tərkibinin formalaşdırılmasına yenidən baxılmalıdır

İctimai şuraların tərkibinin formalaşdırılmasına yenidən baxılmalıdır


"Bəzi Avropa ölkələri, eləcə də Birləşmiş Ştatlar Gürcüstanda tətbiq etdikləri senarini Azərbaycanda da təkrarlamaq istəyirlər. Milli Məclis tərəfindən "İctimai iştirakçılıq haqqında" qanunun qəbul edilməsindən sonra bir sıra xarici ölkə səfirliklərinin sərgilədiyi mövqe belə deməyə əsas verir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki. Birləşmi Ştatlar, Fransa və bu kimi ölkələrin səfirlikləri ənənəvi olaraq Azərbaycanın daxili işlərinə qarışırlar. Əgər əvəllər radikal müxalifət partiyalarının və müxalifyönümlü qeyri-hökumət təşkilatlarının (QHT) üzərindən ölkədaxili ictimai-siyasi proseslərə təsir göstərməyə çalışırdılarsa, indi də bu işi müxtəlif dövlət qurumları yanında fəaliyyət göstərən İctimai şuraların vasitəsilə davam etdirməyi qarşıya məqsəd qoyublar.

Arzuman Muradlı deyib ki, adlarını qeyd etdiyimiz səfirliklərlə bu və ya digər dərəcədə əlaqəli olan şəxslər ictimai şuralara daxil edilir və ictimai şuralarda həmin ölkələrin maraqları müdafiə edilir:

"Hesab edirəm ki, İctimai şuraların tərkibinin formalaşdırılmasına yenidən baxılmalıdır".

Süleyman
Xəbəri paylaş