Cari ilin doqquz ayında Qazaxıstana 6 milyona yaxın turist səyahət edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ölkəyə gələn yerli turistlərin sayı 562 min nəfər artıb.
Ümumilikdə bu ilin yanvar-sentyabr ayları arasında 5 milyon 973 min qazaxlı ölkə daxilində səyahət edib.
Rəsmi statistikaya görə, 2023-cü ildə bu rəqəm 5,4 milyon nəfər olub. Yəni, ötən ilin müvafiq dövrü ilə müqayisədə doqquz ayda yerli turistlərin sayı 562 min nəfər artıb.
Anar Əliyev