Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Qazaxıstanın XİN başçıları Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

Azərbaycan və Qazaxıstanın XİN başçıları Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər


Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə ayaqüstü görüş keçirib.

“Report” bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.

“Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Bundan əlavə, nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Xəbəri paylaş