Finlandiya NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) missiyasında iştirak edəcək və 6 hərbçi göndərəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin press-relizində bildirilib.
Qeyd olunur ki, müvafiq qərarı bu gün ölkə Prezidenti Aleksander Stubb təsdiqləyib.
Xatırladaq ki, NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) proqramının yaradılmasına iyul ayında Vaşinqtonda keçirilən NATO sammitində qərar verilib. NSATU Ukrayna üçün planlaşdırma və maddi-texniki dəstəyi koordinasiya və təmin edir, eləcə də müttəfiq ölkələrdə Ukrayna üçün təlimlərə nəzarət edir. NSATU-nun mənzil-qərargahı Almaniyada yerləşir.
Anar Əliyev