"Suriyada müharibə yeni mərhələyə keçib. Dörd il bundan əvvəl, aparılan müharibədən fərqli olaraq hazırkı döyüşlərdə B.Əsəd və müttəfiqləri xeyli zəifləyib. B. Əsədin dörd il ərzində siyasi iradə ortaya qoymaması, müxalifət və Türkiyə ilə danişiqlardan yayinması, ölkəni hazırkı vəziyyətlə üzləşdirdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, dörd il ərzində Suriya üzrə heç bir siyasi həll yolu axtarılmadi:
"Movcud status-kvonun saxlanılması Əsədi, Moskva və Tehranı qane edirdi. Məhz Suriyada siyasi həll yolu labüd idi. Dörd il ərzində davam edən status-kvonun davam etməsi isə, Türkiyənin təhlükəsizliyini və regional sülhün əldə edilməsini çətinləşdirirdi".
Politoloq deyib ki, hazırda Türkiyə Suriyada yeni bir siyasi nizam qurur:
"İran bu prosesin qarşısını ala bilməyəcək. İran Yaxin Şərqdə kifayət qədər zəifləyib. Rusiya isə, müharibəyə qoşulmaq niyyətində deyil. Artıq Suriyanın strateji şəhərləri Hələb, Hama müxalifətin nəzarətinə keçib. Homs və Latakiyaya hücumlar fonunda rejim qüvvələri silahlari qoyub qaçır. Göründüyü kimi, Suriya ordusu şimal istiqamətində ciddi döyüşməyərək mövqelərindən geri çəkilir".
Anar Əliyev