Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ümumitəhsil müəssisələrində əsas problemlərdən biri siniflərin düzgün təşkil edilməməsidir

Ümumitəhsil müəssisələrində əsas problemlərdən biri siniflərin düzgün təşkil edilməməsidir



Bu gün ümumitəhsil müəssisələrində əsas problemlərdən biri siniflərin düzgün təşkil edilməməsidir.

Newscenter.az xəbər verir ki, bunu Bakının 96 nömrəli məktəbinin direktoru Mehriban Hacıyeva deyib. O bildirib ki, fokuslanmamış diqqət, aşağı motivasiya, nizamsız düşüncə, qarışıq hisslər, öyrənməyə həvəssizlik, aqresiya, antipatiya (müəllim-şagird, şagird-şagird) olan bir mühitdə tədris prosesinə başlamaq olmaz:

"Müşahidə etdiklərim mənə bunu söyləməyə əsas verir ki, müəllimlərin sinfi təşkil etmək, şagirdləri mövzuya fokuslamaq, ruh yüksəkliyi yaratmaq, şagirdlərin hislərini, duyğularını mərkəzləmək, cisimlə birgə şagirdin zehnini və ruhunu da sinif otağına gətirmək bacarığı aşağıdır. Bunu təşkil etmədən nə qədər yüksək akademik biliyə və metodiki ustalığa sahib olsan da, o sinif otağında öyrənmə baş verməyəcək. Məncə, Təhsil İnsititunun səlahiyyətli əməkdaşları bu mövzunu aktual tutmalıdırlar. Müəllimlərin “Sinfin idarəedilməsi”, “ Öyrətmə psixologiyası”, “Təhsildə şagird emosiyalarının idarə edilməsi”, “Sinif otağında şüurlu öyrənmə” kimi mövzularda təlimlərə çox böyük ehtiyacı var. Unutmayaq ki, öyrətmə də, öyrənmə də məqsədəuyğun təşkil edilmiş mühütdən başlayır".

Süleyman
Xəbəri paylaş