Bir qayda olaraq hərbi xidmətdən qayıtdıqdan sonra ehtiyata buraxılmış şəxs öz əvvəlki iş yerinə bərpa olunmaqda problemlə üzləşir. Ya onun yerinə başqa işçi götürülür, ya da həmin ştat ləğv edilir. Bəs görəsən qanunvericilikdə bu öz əksini necə tapıb?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır:
"Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə qayıtmaq hüququna malikdirlər".
Anar Əliyev