
Türkiyədə məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, qəza nəticəsində 9 nəfər yaralanıb.
Hadisə Ankaranın Polatlı rayonunda qeydə alınıb. Qəza zamanı xəsarət alanların 7-si məktəbli olub
Belə ki, Refik Cesur küçəsində E-90 şossesinə daxil olmaq üzrə olan Əli Kayanın idarə etdiyi məktəb avtobusu Ankara istiqamətindən gələn Vasfi Acarın idarə etdiyi yüngül ticari avtomobil sol tərəfdən vurub. Sürətini azalda bilməyən avtomobil yol kənarındakı yol nişanına çırpılaraq dayanıb.
Vətəndaşlar zərərçəkənlərə ilkin tibbi yardım göstəriblər.
Anar Əliyev