Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriya açıq şəkildə geosiyasi mübarizə meydanına çevrilə bilər

Suriya açıq şəkildə geosiyasi mübarizə meydanına çevrilə bilər


Suriyada proseslər yeni dövrə daxil olur. Əsəd rejiminin devrilməsindən sonra ölkədə hələ də qarşı güclərin olması vəziyyətin tezliklə düzəlməyəcəyini göstərir.

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib ki, ABŞ dəstəkli PYD, PKK ilə HTŞ və Azad Suriya Ordusunun planları gündəmdədir:

"Türkiyənin "kürd dövləti" yaratmağa ABŞ-a imkan verməyəcəyi açıqdır. Trampın gəlişindən sonra ABŞ-ın ümumiyyətlə Suriyadan çıxmaq ehtimalı böyükdür. Ona görə də Türkiyə bir müddət gözləmə mövqeyi seçə bilər. Amma planın böyük ölçüdə PKK-nın tamamı ilə Suriya ərazisindən təmizlənməsi olduğu qeyd edilir. Hesab edirəm ki, Suriya açıq şəkildə geosiyasi mübarizə meydanına çevrilə bilər".

Azər Qasımov qeyd edib ki, artıq sahədəki bütün qüvvələrin arxasında duran güclər bəllidir:

"Amma əsas güc region ölkəsi olan Türkiyədir. Onunla heç bir güc Suriyada qarşılaşa bilməz. Hesab edirəm ki, Türkiyə PKK-nı təhlükə olmaqdan çıxarmaq üçün bütün addımları atacaq".

Süleyman
Xəbəri paylaş