"Beynəlxalq media və müxtəlif dövlətlərin ekspertləri Türkiyənin Suriyada əlinin gücləndiyi qənaətindədirlər. Əsəd rejiminin süqutu ilə Türkiyənin Suriyada PKK və ona bağlı güclərin neytrallaşdırmağa çalışacağı bildirilir. Bu Türkiyənin təbii haqqıdır".
Newscenter.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Türkiyə sərhədlərinin yaxınlığında PKK-nın varlığına son qoymalıdır:
"Ankara Vaşinqtonu seçim qarşısında qoyacaq. ABŞ rəsmiləri bu vaxta ədər PKK və ona bağlı qrupları Əsəd rejiminə müqavimət göstərmələri üçün bəslədiklərini deyirdilər. Əsəd rejimi yıxıldı, bu məntiqlə Vaşinqtonun PKK-ya bağlı güclərə dəstək verməsinin anlamı qalmır. O başqa məsələ ki, ABŞ Suriyada varlığını qorumaq üçün PKK-ya dəstəyi davam etdirə bilər. Ancaq bu siyasət Vaşinqtonun “biz Suriyada sabitlik istəyirik” prinsipinə zidd olacaq. Çünki, Suriyada yeni hakimiyyət PKK və ona bağlı güclərin şimal əraziləri nəzarət etmələrinin əleyhinə olacaq. Bu Suriyanın ərazi bütövlüyünə təhdiddir. Vaşinton Suriyanın ərazi bütövlüyünə dəstək verəcəksə, PKK-ya dəstəkdən imtina etməli, əks halda isə Suriya yenidən qarışacaq və bundan ABŞ-ın rəqibləri Rusiya və İran istifadə etməyə çalışacaqlar. Bu isə ABŞ-ın maraqlarına ziddir".
Anar Əliyev