Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Qərb bloku tənəzzülə uğrayar

ABŞ və Qərb bloku tənəzzülə uğrayar


"Suriyada B. Əsəd hakimiyyətinin süqutu Rusiyanın Yaxın Şərqdə geosiyasi mövqeyinə zərbə oldu. Bu, Rusiyanın Ukrayna siyasətinə təsirsiz ötüşməyəcək. Qərb Yaxin Şərqdə Rusiyanı Suriyadan çıxartdı. Növbəti mərhələdə Ukraynadan Rusiyanın çıxarılmasıdır".

Newscenter.az xəbər verir ki. bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, əgər, ABŞ Ukraynada Rusiyanın qalib gəlməsinə göz yumarsa, növbəti mərhələdə üçüncü dünya müharibəsi fazsasına daxil olacaq:

"Çünki, Çinin Tayvana hücumu üçüncü dünya müharibəsinin başlanması deməkdir. Çin Rusiyanın Ukraynada qalib gəlməsində maraqlıdır. Bu halda Qərbin cəsarətsizliyindən istifadə edərək "Hind- Sakit okean" periferyasında ABŞ qarşı hərəkətə keçə bilər. Əgər, Çin Tayvana hücum edərsə, ABŞ seyrçi qalmayacaq və Çinlə hərbi qarşıdurmaya gedəcək. Bu da üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Məhz üçüncü dünya müharibəsinin qarşısını almaq üçün Rusiyanı Ukraynadan çıxarmaqla, bu halda Çinin aqressiv hərəkətliliyinin önləmək olar".

Politoloq deyib ki, hazırda baş verənlər üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilmək təhlükəsinə malikdir:

"Çin Tayvani və Rusiya Ukraynani işğal edərsə, ABŞ və Qərb bloku tənəzzülə uğrayar. Dünyada Rusiya və Çinin başçılıq etdiyi yeni bir qütb meydana çıxar".

Süleyman
Xəbəri paylaş