Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bundan sonra da vətəndaş olaraq üzərimizə düşən borcu yerinə yetirməliyik

Bundan sonra da vətəndaş olaraq üzərimizə düşən borcu yerinə yetirməliyik


Çörçill deyirdi ki, "Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir"

Bəli, bu söz günümüzdə aktuallığını itirməyib, lakin müasir dünyada informasiya qəbulu o qədər rahatlaşıb və bolllaşıb ki, artıq o informasiya mənbələridə öz marağına uyğun işləyir. Çünki yaranan mühit onu tələb edir. İnsan ətraf mühitə tabe olduğuna görə bu siyasi fövqəltəbii axarın içində olur. Bəli, bunlar bu gün artan insanları idarə etmək üçün ən optimal yol kimi qəbul olunub. Biz bilirik ki, beyin inqilabları çoxda qədim tarixə getmir. İnsanların yetişməsi üçün bütün bunları nəzərə alıb, mühitdən asıllıq konsepsiyasını yaratdılar və bu konsepsiya hələdə mükkəməl formada işləyir.

Bax belə bir dünya düzənində yalnız hər mənbənin və hər marağın yaratdığı təlatumləri düzgün qiymətləndirmək üçün mühitdən asıllığı qismində aradan qaldırmaq lazımdır.
Bunün üçün isə çox böyük dövlət idarəetmə təcrübəsi və dünyadakı qlobal oyunları duyanlar lazımdır. O duyğularla mühitin əzazil, zalım hisslərinə üstün gəlmək, o şəraiti nəzarət altında saxlamaq və dövlətin üçün strateji planlamanı hesablamaq şərtdir. Əks halda o idarətmə əlindən çıxacaq. Çox şadıq ki, bizlər sadaladığımız prosesləri nəzarətdən buraxmamışıq. Bir dövlət olaraq bu bizim böyük uğurumuzdur. Bu siyasi dividentləri qazanmaq çox çətin ola bilər, amma mümkünüzdə deyil.

Biz artıq son illərdə bunun şahidi oluruq. Siyasi rəhbərliyin diplomatik məharətləri bunları tənzimləyir. Siyasətçinin ən mühüm keyfiyyəti, gələcək təhlükəni düzgün qiymətləndirib, vaxtında tədbir görməkdir. Bizim dövlət xadimimiz, qətiyyətli və böyük düşüncənin sahibi olan Cənab prezident son dövrlərin bir çox siyasi şoklarından bizi yan keçirtdi. Bundan sonrada vətəndaş olaraq biz öz üzərimizə düşən borcu yerinə yetirməli, növbəti surətnən gələn mühit dalğalarından yan keçmək üçün, həmin siyasi düşüncənin yanında olmalıyıq. Bunu dövlətimizin, millətimizin, gələcək nəsillərin rifahı, xoşbəxt gələcəyi üçün etməliyik.

Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Xəbəri paylaş