"Rəcəb Tayyib Ərdoğan, Suriyadan Rusiyanın siyasi və hərbi mövcudluğunu çıxarandan sonra dərhal bəyan edib ki, dünyada iki kişi lider varsa biri mənəm, digəri Putindi! Əla spesifik müdrik siyasətçidir Ərdoğan".
Newscenter.az xəbər verir ki, bunu hüquqşünas İlqar Altay deyib. O bildirib ki, Ərdoğan dünyada yeganə liderdir:
"Putinin zəif damarını xeyli ustalıqla tuta bilir. Hər dəfə ona yağlı zərbə vurub işini görəndən sonra, dərhal da onu belə tipli təriflə malalaylb sakitləşdirir. Davakar Putininsə, heç ruhu belə incimir, dost qalırlar. Dünya da mat qalır".
Anar Əliyev