Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, telefon danışığı zamanı Suriyadakı son hadisələr, regional və qlobal məsələlər müzakirə edilib.
Görüş zamanı prezident Ərdoğan Türkiyənin Suriyada daimi sabitliyin bərqərar olması üçün Suriya xalqına dəstəyini davam etdirəcəyini bildirib.
Azərbaycan prezidenti Əliyev telefon danışığında Suriyadakı yeni vəziyyətdən məmnunluğunu bildirib.
Süleyman