Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fahrettin Altun: Milyonlarla insanın səsi olmaq hamımızın borcudur

Fahrettin Altun: Milyonlarla insanın səsi olmaq hamımızın borcudur


“Bu gün dünyada hələ də müharibə, zülm, yoxsulluq və ayrı-seçkiliklə mübarizə aparan milyonlarla insanın səsi olmaq, insan haqları uğrunda mübarizəni daha da gücləndirmək bizim ümumi borcumuzdur. ".

Newscenter.az xəbər verir ki, bunları Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.

O bildirib ki, hüquqlar uğrunda mübarizəni daha da gücləndirmək bizim ümumi məsuliyyətimizdir:

Altun deyib ki, ölkəmiz ədalət və vicdan əsasında həyata keçirdiyi siyasətlə dünya ictimaiyyətinə örnək olmağa davam edir:

"Qəzzada baş verən insanlıq faciəsi yaxın tarixin ən böyük faciələrindən biri kimi yaddaşlarda yerini alıb. Bu vəhşiliklərin əvəzini gec-tez İsrailin ödəyəcək".

Altun qeyd edib ki, insan ləyaqətini ucaldan, ədaləti və sülhü müdafiə edən gələcək qurmaq üçün mübarizəmizi davam etdirəcəyik.

Anar Əliyev
Xəbəri paylaş