MDB və Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirləri Moskvada görüşəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, iclas dekabrın 12-13-də baş tutacaq.
İclasda cari məsələlərlə yanaşı, Birlik məkanında ticarət-iqtisadi və mədəni-humanitar qarşılıqlı fəaliyyətin genişləndirilməsi ətrafında da fikir mübadiləsi aparılacaq.
Avrasiya hökumətlərarası şurasının iclası zamanı Avrasiya iqtisadi inteqrasiyasının daha da dərinləşdirilməsi məsələlərinə də baxılacaq. Energetika, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, elektron ticarətin inkişafına xüsusi diqqət yetiriləcək.
Tədbir çərçivəsində hökumət başçılarının ayrıca görüşləri də keçiriləcək.
Mehman Mehdiyev