Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xromtau vilayətindəki 1 nömrəli tam orta məktəbə baş çəkib, məktəbin tədris fəaliyyətinin xüsusiyyətləri və şagirdlərin laboratoriya işləri ilə tanış olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qasım-Jomart Tokayev ucqar qəsəbələrdə yaşayan uşaqların təhsil alması üçün əlverişli şəraitin yaradılması məqsədilə məktəbə avtobus hədiyyə edib.
Məktəb rəhbərliyi təhsil müəssisəsində yaradılmış şərait barədə dövlət başçısına məlumat verib, qarşıda duran hədəflər barədə danışıb.
Anar Əliyev