Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şirvan şəhərində su təchizatı və kanalizasiya şəbəkəsi yenilənir

Şirvan şəhərində su təchizatı və kanalizasiya şəbəkəsi yenilənir


Şirvan şəhərində su təchizatı və kanalizasiya şəbəkəsi yenilənir.

Newscenter.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovun sözlərinə görə, şəhərdə su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri davam edir.

O bildirib ki, ərazilərdə sayğaclaşdırma prosesi aparılır və köhnə xətlər yeniləri ilə əvəz olunur. Su itkisi təxminən 50 % azaldılaraq hazırda 27-30 % təşkil edir.

Onun sözlərinə görə, məqsəd su itkilərini minimuma endirməkdir: “İl ərzində su xətlərində 1 627, kanalizasiya xətlərində isə 1 472 qəza baş verib və onların qarşısı operativ şəkildə alınıb. Şəhərdə baş verən bütün qəzalar dərhal aradan qaldırılır”.

F. Hüseynov qeyd edib ki, layihə çərçivəsində əsasən “Köhnə şəhər” yaşayış massivinin Şıxbalaoğlu, 1 May, İsmət Qayıbov, Səməd bəy Mehmandarov, Nizami Gəncəvi, Həzi Aslanov, Seyid Əzim Şirvani, Şirin Şükürov və digər küçələrində ümumilikdə 14 160 paqonometr müxtəlif diametrli yeni su xətləri çəkilib: “Eyni zamanda, Heydər Əliyev prospekti boyunca ictimai-iaşə obyektlərinin qarşısında və digər küçələrdə 224 paqonometr 150 mm-lik, 1 997 paqonometr 200 mm-lik, 2 294 paqonometr 300 mm-lik yeni kanalizasiya xətləri çəkilib, 316 kanalizasiya baxış quyusu inşa olunub. Bundan əlavə, 1 122 ədəd mexaniki su sayğacı quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 9 205 kvadratmetri bərpa edilib. Su təchizatı və kanalizasiya şəbəkələri yenilənmiş ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb”.
Xəbəri paylaş