Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Ermənistana sülh müqaviləsinin bağlanması üçün ciddi təzyiqlər edəcək

Türkiyə Ermənistana sülh müqaviləsinin bağlanması üçün ciddi təzyiqlər edəcək


"Türkiyə Ermənistana sülh müqaviləsinin bağlanması üçün ciddi təzyiqlər edəcək. Ermənistan baş naziri Nikol Paşinyanın sülhü gecikdirməsi Ankaranın regional siyasətini təhdid edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Türkiyə və Ermənistan arasında xüsusi nümayəndələrin sərhəddə görüşü bu xüsusdandır:

"Ermənistan "Müstəqillik Bəyannaməsindən" Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır və digər şərtlərdən geri çəkilməli, "Zəngəzur" dəhlizini açmalıdır.

İranın da prosesdə rolu zəifləyib. Zəngəzur dəhlizi ilə bağlı təzyiqləri neytrallaşıb. Ermənistan baş naziri N. Paşinyanın Fransa prezidenti E. Makrona arxalanmasi isə, öz hakimiyyətinin itirilməsi ilə nəticələnə bilər. Regionda əsas söz sahibi Türkiyədir. Vaxt Ermənistan hakimiyyətinin əleyhinə işləyir".

Politoloq deyib ki, prezident İlham Əliyev Türkiyə həmkarı R. T. Ərdoğanla telefon danışığı zamanı Suriya məsələsində danışıqlar aparsa da. Ermənistan Azərbaycan sülh müqaviləsi ilə bağlı müəyyən qərarlar qəbul edilməsi də istisna deyil.

Süleyman
Xəbəri paylaş