ABŞ Dövlət katibi Antoni Blinken Türkiyəyə gələcək.
“Report”un məlumatına görə, bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, ABŞ dövlət katibinin səfəri cümə günü üçün nəzərdə tutulub.
Səfər çərçivəsində Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşəcək. Görüşdə Suriyadakı son hadisələr və iki ölkənin regiona dair siyasətləri müzakirə ediləcək.